XƏBƏRLƏR - Aktual

“15 iyun Azərbaycan xalqının və dövlətinin həyatında dönüş nöqtəsi olub” - ŞƏRH EDİLDİ

07 Jun 2024 | 17:41

“15 iyun 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında yüksələn xətlə cərəyan edən deqradasiya proseslərin kulminasiya nöqtəsidir. 1980-ci illərin ortalarından başlayaraq bütün Sovet İttifaqı ərazisində yaşanan iqtisadi kollaps Azərbaycan iqtisadiyyatını da çökdürmüşdü. Təxminən elə həmin dövrdən özünü açıq şəkildə göstərməyə başlayan erməni separatizmi bütün azərbaycanlıların Ermənistan ərazisindən qovulmasını başa çatdıraraq artıq hərbi təcavüz mərhələsinə keçmiş və torpaqlarımızın bir qismi işğala məruz qalmışdı”. Mediaturk.tv xəbər verir ki,bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə müxtəlif xarici dövlətlərin maraqlarına xidmət edən və bir- biri ilə kəskin ziddiyyətdə olan siyasi qruplaşmaların qarşıdurması nəticəsində didilib parçalanırdı: “Bu qruplaşmalar arasındakı siyasi mübarizə artıq siyasi düşmənçiliyə çevrilmişdi və ölkəni birbaşa vətəndaş müharibəsinə sürükləyirdi. Ölkənin müxtəlif bölgələrində xarici qüvvələr tərəfindən idarə olunan separatçı meyillər yaranmışdı. Ölkədə total işsizlik, aclıq və ümidsizlik hökm sürürdü, mədəni həyat haqqında isə ümumiyyətlə düşünmək belə heç kimin ağlına gəlmirdi. Bir sözlə, Azərbaycan adlı bir dövlətin mövcudluğu özü də sual altında idi”.

 

Deputat qeyd edib ki, vəziyyətin bu qədər mürəkkəbləşməsi bir-birinin qanına susamış iqtidar və müxalifətlə bərabər, bu qarşıdurmadan sağ çıxmaq və vətəni qorumaq haqqında düşünən xalqı da çıxılmaz vəziyyətə salmışdı: “Məhz belə bir şəraitdə xalq son ümidini Heydər Əliyevə bağlayaraq onun hakimiyyətə qayıtması üçün şərait yaradılmasını tələb etməyə başladı. Vəziyyəti heç cür xilas edə bilməyəcəyinə əmin olan iqtidarın özü xalqın təkidi ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Naxçıvandan Bakıya gələn Heydər Əliyev bu gün Qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. 15 iyun Azərbaycan xalqının və dövlətinin həyatında dönüş nöqtəsi olmaqla dövlətçilik tariximizdə yeni mütərəqqi mərhələnin başlanğıcını qoydu”.

 

Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib
Aktual
Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib
30.08.2024
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şab...
Deputatlığa bitərəf namizəd Gülşən Paşayeva şəhid ailələri ilə görüşdü
Aktual
Deputatlığa bitərəf namizəd Gülşən Paşayeva şəhid ailələri ilə görüşdü
25.08.2024
13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayeva Qala qəsəbəsinin sakinləri olan Vətən müharibəsi qəhrəmanları - şəhid Ramiz Vaqif oğlu Qasımov,  şəhid Adil Asəm oğlu...
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
Aktual
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
24.08.2024
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədliyini irəli sürmüş Gülşən Paşayevanın seçic...
Ana dilimiz - milli sərvətimiz
Aktual
Ana dilimiz - milli sərvətimiz
01.08.2024
Bu gün ölkəmizdə Ana Dili günüdür. Kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünən bir gün.   Həyatımızın adi günlərindən birini yaşasaq da heç bir məhdudiyyət olmadan Ana dilimizdə danı...
HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?
Aktual
HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?
31.07.2024
Bu gün dünyanın bütün populyar mətbuat orqanlarının manşetləri eyni xəbəri çatdırır: “HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldü”.   İranın yeni seçilmiş prezidenti Məsud Pe...
Abay Kunanbayevin
Aktual