XƏBƏRLƏR - Aktual

Sahibə Qafarova Zorlu Törenin rəhbərlik etdiyi heyətlə görüşüb

08 Jun 2024 | 13:45

Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.

Görüşdə TÜRKPA plenar iclasın yüksək səviyyədə təşkil olmasından məmnunluq ifadə edilib. Söhbət zamanı Prezident İlham Əliyevin iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, səsləndirdiyi çox mühüm fikirlərə diqqət çəkilərək, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə Türk dünyasının gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində aparılan işlərin önəmi qeyd edilib.

Görüşdə 2023-cü ilin oktyabrında Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.

Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre bu ilin aprelində Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə təşəkkürünü ifadə edərək, Azərbaycanın bu addımının Şimali Kipr Türk Cümhuriyyətində yüksək minnətdarlıqla qarşılandığını bildirib.

Görüşdə həmçinin, dostluq qrupları və deputatlar arasında təmasların artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan- Şimali Kipr Parlamentlər arası İşçi Qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa iştirak ediblər.

Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib
Aktual
Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib
30.08.2024
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şab...
Deputatlığa bitərəf namizəd Gülşən Paşayeva şəhid ailələri ilə görüşdü
Aktual
Deputatlığa bitərəf namizəd Gülşən Paşayeva şəhid ailələri ilə görüşdü
25.08.2024
13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayeva Qala qəsəbəsinin sakinləri olan Vətən müharibəsi qəhrəmanları - şəhid Ramiz Vaqif oğlu Qasımov,  şəhid Adil Asəm oğlu...
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
Aktual
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
24.08.2024
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədliyini irəli sürmüş Gülşən Paşayevanın seçic...
Ana dilimiz - milli sərvətimiz
Aktual
Ana dilimiz - milli sərvətimiz
01.08.2024
Bu gün ölkəmizdə Ana Dili günüdür. Kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünən bir gün.   Həyatımızın adi günlərindən birini yaşasaq da heç bir məhdudiyyət olmadan Ana dilimizdə danı...
HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?
Aktual
HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?
31.07.2024
Bu gün dünyanın bütün populyar mətbuat orqanlarının manşetləri eyni xəbəri çatdırır: “HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldü”.   İranın yeni seçilmiş prezidenti Məsud Pe...
Abay Kunanbayevin
Aktual