XƏBƏRLƏR - Aktual

"7 fevral seçkilərindən sonra Azərbaycan yeni dövrə qədəm qoyub" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

12 Feb 2024 | 13:55

"Növbədənkənar prezident seçkiləri ilk növbədə mütəşəkkilliyi ilə yadda qaldı. Seçicilərin fəallıq göstəricisi müstəqillik dövrünün bütün seçkilərini geridə qoydu. Məhz belə də gözlənilirdi. Çünki bu, böyük Zəfərimizdən sonra ölkədə keçirilən ilk prezident seçkiləri idi". Mediaturk.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının ən böyük arzularını gerçəkliyə çevirməklə milyonlarla insanın məhəbbətini qazanmış bir Prezidentin ən yüksək səs göstəriciləri ilə yenidən seçilməsi təbiidir: "Seçicilər dövlət başçısı İlham Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətlərinə görə minnətdarlığını məhz bu şəkildə ifadə ediblər. Bu seçkilərlə Azərbaycan öz inkişafının mahiyyət etibarilə tamamilə yeni bir dövrünə qədəm qoyur. Bu dövrün isə öz vəzifələri var".

 

Deputat sözlərinə davam edərək bildirib ki, qarşıda Böyük Qayıdışın qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunması, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması kimi taleyüklü məsələlər dayanır. Xalq bu kimi ciddi vəzifələrin həyata keçirilməsini demək olar ki, yekdilliklə Prezident İlham Əliyevə etibar etdiyini nümayış etdirdi".

 

"Beynəlxalq miqyasda seçkilərə bildirilən münasibət də çox müsbət olub. Çoxsaylı beynəlxalq təşkilatların adından və bütün dost ölkələrin rəhbərlərindən daxil olmuş təbriklər seçkilərin təşkilinə verilən yüksək qiymətin təsdiqi kimi qəbul olunmalıdır",- deyə o əlavə edib.

 

 

Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib
Aktual
Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib
30.08.2024
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şab...
Deputatlığa bitərəf namizəd Gülşən Paşayeva şəhid ailələri ilə görüşdü
Aktual
Deputatlığa bitərəf namizəd Gülşən Paşayeva şəhid ailələri ilə görüşdü
25.08.2024
13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayeva Qala qəsəbəsinin sakinləri olan Vətən müharibəsi qəhrəmanları - şəhid Ramiz Vaqif oğlu Qasımov,  şəhid Adil Asəm oğlu...
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
Aktual
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
24.08.2024
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədliyini irəli sürmüş Gülşən Paşayevanın seçic...
Ana dilimiz - milli sərvətimiz
Aktual
Ana dilimiz - milli sərvətimiz
01.08.2024
Bu gün ölkəmizdə Ana Dili günüdür. Kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünən bir gün.   Həyatımızın adi günlərindən birini yaşasaq da heç bir məhdudiyyət olmadan Ana dilimizdə danı...
HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?
Aktual
HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?
31.07.2024
Bu gün dünyanın bütün populyar mətbuat orqanlarının manşetləri eyni xəbəri çatdırır: “HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldü”.   İranın yeni seçilmiş prezidenti Məsud Pe...
Abay Kunanbayevin
Aktual