XƏBƏRLƏR - Aktual

"Azərbaycan-Türkiyə arasında bənzərsiz dərəcədə doğma münasibət var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

20 Feb 2024 | 15:59

“Gözlənildiyi kimi, Prezident İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini Ankaraya etdi. 7 fevral seçkilərini böyük maraq və coşqu ilə izləyən Türkiyə ictimaiyyəti də bu səfəri gözləyirdi. Təsadüfi deyil ki, Prezident bu gözləntilərin təbii olduğunu, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzərsiz dərəcədə doğma olduğunu vurğulayıb. Mediatürk.tv xəbər verir ki,bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev SİA-ya açıqlamasında deyib.

 

Onun sözlərinə görə, iki qardaş ölkənin liderləri seçkilərdən sonrakı yeni dövrdə qarşılıqlı maraq kəsb edən çoxsaylı məsələlər haqqında ətraflı fikir mübadiləsi apardılar: “İkitərəfli münasibətlərlə yanaşı beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olundu. Hər iki dövlət başçısı Şuşa Bəyannaməsinə əsasən birgə ordu quruculuğu və təhlükəsizliyin gücləndirilməsi istiqamətində aparılan fəaliyyətləri ardıcıl şəkildə davam etdirəcəklərini bildirdilər. Bu sırada Azərbaycanda hərbi təyinatlı məhsulların "Baykar" şirkəti ilə birgə istehsalının ölkələrimizin müdafiə qabiliyyətinin yüksəldilməsinə böyük töhfə verəcəyi vurğulanıb.

 

Deputat sözlərinə davam edərək bildirib ki, dünyadakı mövcud geo-siyasi vəziyyəti dəyərləndirən Türkiyə və Azərbaycan liderləri Orta Dəhliz layihəsi və bu qlobal layihədə ölkələrimizin mühüm yer alması ilə bağlı fikir mübadiləsi aparıblar: “Prezidentlərin iştirakı ilə təhsil, baytarlıq və vergi siyasəti ilə bağlı mühüm razılaşmalar imzalanıb. Görüşlərin çox məhsuldar və faydalı olduğu, eyni zamanda bölgədə sülhün təmin olunmasına mühüm töhfələr verəcəyi şübhəsizdir”.

Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib
Aktual
Mahir Süleymanlının Şabran şəhərində seçicilərlə görüşü keçirilib
30.08.2024
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şab...
Deputatlığa bitərəf namizəd Gülşən Paşayeva şəhid ailələri ilə görüşdü
Aktual
Deputatlığa bitərəf namizəd Gülşən Paşayeva şəhid ailələri ilə görüşdü
25.08.2024
13 saylı Xəzər ikinci seçki dairəsi üzrə birtərəf namizəd Gülşən Paşayeva Qala qəsəbəsinin sakinləri olan Vətən müharibəsi qəhrəmanları - şəhid Ramiz Vaqif oğlu Qasımov,  şəhid Adil Asəm oğlu...
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
Aktual
Gülşən Paşayevanın seçicilərlə növbəti görüşü - FOTO
24.08.2024
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə bitərəf namizədliyini irəli sürmüş Gülşən Paşayevanın seçic...
Ana dilimiz - milli sərvətimiz
Aktual
Ana dilimiz - milli sərvətimiz
01.08.2024
Bu gün ölkəmizdə Ana Dili günüdür. Kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünən bir gün.   Həyatımızın adi günlərindən birini yaşasaq da heç bir məhdudiyyət olmadan Ana dilimizdə danı...
HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?
Aktual
HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?
31.07.2024
Bu gün dünyanın bütün populyar mətbuat orqanlarının manşetləri eyni xəbəri çatdırır: “HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldü”.   İranın yeni seçilmiş prezidenti Məsud Pe...
Abay Kunanbayevin
Aktual